“Reuters”: Hindistan şirkətləri İran nefti üçün Çin yuanı ilə ödəniş edir

2026/04/1776440266.jpg
Oxunub: 497     19:39     17 Aprel 2026    
Hindistanın neftayırma zavodları ABŞ sanksiyalarından müvəqqəti azadolma çərçivəsində alınmış İran nefti yüklərinə görə ödənişləri “ICICI Bank” vasitəsilə Çin yuanı ilə həyata keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə vəziyyətlə tanış olan dörd mənbə bildirib.

Hindistan eyni zamanda İran nefti daşıyan dörd gəminin “Reliance Industries” şirkətinə məxsus özəl neftayırma zavodlarının yaxınlığında dayanmasına icazə verib. Mənbələr ötən həftə bildirmişdilər ki, “MT Felicity” hazırda artıq yüklərini boşaldıb.

Hər iki neftayırma zavodu ödənişləri ICICI vasitəsilə edir, bank isə öz növbəsində Şanxaydakı filialı üzərindən Çin yuanı ilə köçürmələr həyata keçirir.

İki mənbənin sözlərinə görə, IOC şirkəti yükün dəyərinin təxminən 95 faizini tədarükçünün hazır olması barədə bildiriş əsasında ödəyib ki, bu da yüklənmiş neft tankerinin Hindistanın ərazi sularına daxil olduğunu göstərir. Mənbələrdən biri bunu qeyri-adi hal adlandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   İran   Çin  


Bizi "telegram"da izləyin