“Hörmüz boğazı tam açıqdır və biznes fəaliyyəti, eləcə də maneəsiz keçid üçün hazırdır, lakin dəniz blokadası yalnız İrana qarşı tam həcmdə qüvvədə olacaq və bu, İranla razılaşmamız 100 faiz başa çatana qədər davam edəcək”.
Ordu.az xəbər verir ki, bunu ABŞ-nin prezidenti Donald Tramp bildirib.
“Bu proses çox sürətlə baş verməlidir, çünki maddələrin böyük hissəsi artıq razılaşdırılıb”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Tramp
İran