Ordu.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
“CBS News”un mövzuya yaxın mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) analitikləri Çinin xüsusilə İrana qabaqcıl radar sistemləri vermək variantını nəzərdən keçirdiyini müəyyən etdiklərini irəli sürüblər.
Sözügedən sistemlərin İranın aşağı hündürlükdə hərəkət edən pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi təhdidləri aşkarlamaq imkanlarını əhəmiyyətli dərəcədə artıra biləcəyi qiymətləndirilir.
Adının açıqlanmasını istəməyən rəsmilər bildiriblər ki, Çinin bu transferi həyata keçirib-keçirmədiyi hələlik dəqiqləşməyib. Onların sözlərinə görə, əldə edilən məlumatlar Vaşinqtonda İrandakı münaqişələrin yalnız region ölkələri ilə məhdudlaşmayıb digər aktorlara da yayıla biləcəyi ilə bağlı narahatlıq yaradıb.
Həmçinin rəsmilər ABŞ kəşfiyyatının Pekinin birbaşa müdaxiləni gizlətmək üçün üçüncü ölkələr vasitəsilə İrana hava hücumundan müdafiə sistemləri transfer etməyi də nəzərdən keçirdiyini bildirib.
DIA, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Ağ Ev mövzu ilə bağlı şərh verməyib.
Sevinc Əliyeva
Ordu.az