Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, boğazdan keçid İran hakimiyyəti tərəfindən əvvəllər elan olunmuş və razılaşdırılmış marşrut üzrə həyata keçiriləcək. Qərar atəşkəs çərçivəsində qəbul edilib və təhlükəsiz gəmiçiliyin təmin olunmasına yönəlib.
Hörmüz boğazı dünya neft və qaz təchizatının əsas yollarından biridir və onun fəaliyyətinə qoyulan hər hansı məhdudiyyət qlobal enerji bazarlarına təsir göstərir.
Sevinc Əliyeva
Ordu.az