ABŞ, Danimarka və Qrenlandiyanın adanın statusu ilə bağlı danışıqları müsbət istiqamətdə gedir

2026/01/1769016413.jpg
Oxunub: 495     17:37     17 Aprel 2026    
ABŞ, Danimarka və Qrenlandiyanın adanın statusu ilə bağlı danışıqları müsbət istiqamətdə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.

Nümayəndənin sözlərinə görə, tərəflər detalları KİV vasitəsilə müzakirə etmək niyyətində deyillər, lakin nikbin mövqedədirlər və regionda ABŞ maraqlarının təmin edilməsinə yönəlmiş texniki məsləhətləşmələri davam etdirirlər.

Telekanalın qeyd etdiyinə görə, müzakirə mövzusu Şimali Amerika ilə Avropa arasında ən qısa yol üzərində yerləşən və Arktikada erkən xəbərdarlıq və müdafiə sistemlərində mühüm rol oynayan Qrenlandiyanın strateji əhəmiyyətidir.

Məlumata görə, danışıqlar yanvarın sonundan aparılır və Vaşinqton bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edildiyini bəyan edib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl dəfələrlə Qrenlandiyanın ABŞ-nin tərkib hissəsinə çevrilməsi imkanını, o cümlədən onu satın almaq ideyasını qaldırıb.

Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi olaraq qalır, ancaq Vaşinqton və Kopenhagen NATO çərçivəsində onun müdafiəsi barədə razılaşmaya malikdirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Danimarka   Qrenlandiya  


Bizi "telegram"da izləyin