Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Onun sözlərinə görə, mütəxəssislər artıq ciddi boşluqlar barədə danışırlar. Təhlükəsizlik üzrə müşavir Pol Mur bildirib ki, proqram cəmi bir neçə dəqiqəyə sındırıla bilər.
Durov hesab edir ki, bu cür zəif nöqtələr bilərəkdən saxlanılmış ola bilər, çünki tətbiq ilkin mərhələdə istifadəçinin cihazına etibar edir.
O, mümkün ssenarini belə təsvir edib: əvvəlcə boşluqlarla “özəl” tətbiq yaradılır, sonra o sındırılır, daha sonra düzəliş adı altında nəzarət sərtləşdirilir və məxfilik azaldılır. Nəticədə, onun fikrincə, istifadəçilər təhlükəsiz görünən casusluq sistemi əldə edirlər.
Mütəxəssislərin aşkar etdiyi boşluqlar sırasında PIN kodların identifikasiya məlumatlarından ayrı saxlanılması, konfiqurasiya faylları vasitəsilə giriş cəhdləri məhdudiyyətlərinin bərpa olunması imkanı və sistem parametrlərini dəyişməklə biometrik yoxlamanın yan keçilməsi var.
Tətbiq Avropa Komissiyası tərəfindən aprelin 15-də təqdim olunub.
Sevinc Əliyeva
Ordu.az