Yaxın Şərqə Çin daşımaları Hörmüz boğazı ətrafındakı gərginlik səbəbindən kəskin bahalaşıb

2026/04/1776421677.jpg
Oxunub: 342     14:29     17 Aprel 2026    
Çin gəmiçilik şirkətləri Hörmüz boğazı ətrafındakı geosiyasi gərginlik fonunda Yaxın Şərqə dəniz yükdaşımalarının qiymətinin kəskin artması ilə üzləşiblər.

Ordu.az xəbər verir ki, bu barədə “Yicai” nəşri məlumat yayıb.

Bazar iştirakçılarının sözlərinə görə, Şanxaydan regiona standart konteyner daşınmasının dəyəri təxminən 3-4 min dollardan 5-6 min dollara yüksəlib, əlavə ödənişlər tətbiq edildikdə isə 11 min dollara çata bilər.

Qiymət artımı yalnız yanacağın bahalaşması ilə deyil, həm də risklə bağlı əlavə ödənişlərin tətbiqi ilə izah olunur.

Mənbələrin sözlərinə görə, gəmiçilik şirkətləri əlavə xərcləri müştərilərin üzərinə qoyurlar ki, bu da onsuz da azalan tələbatla üzləşən bizneslərə təzyiq göstərir.

Nəticədə bəzi şirkətlər üçün daşınma həcmi təxminən iki dəfə azalıb. Mənbələr bunu son onilliyin ən ciddi enişlərindən biri hesab edirlər. Çinin ixracyönümlü bəzi regionları da sifarişlərin azalması barədə məlumat veriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   Çin   Hörmüz  


Bizi "telegram"da izləyin