Ordu.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə öz “Truth Social” sosial şəbəkə hesabında məlumat paylaşıb.
“İsraillə Livan arasında kiçik tənəffüs yaratmağa çalışırıq. İki ölkə liderinin bir-biri ilə sonuncu dəfə danışmasından uzun müddət – 34 ilə yaxın vaxt keçib. Bu sabah baş verəcək. Əla!”,- deyə Tramp yazıb.
Xatırladaq ki, ötən həftə İsrail Baş naziri Benyamin Netanyahu hökumətə Livanla ən qısa zamanda birbaşa danışıqların başlanılmasına dair göstəriş vermişdi.
Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2 martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ın İsrailə raket hücumları ilə genişlənib.
Son məlumatlara görə, İsrailin genişmiqyaslı hava və quru əməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1 milyondan çox insan köçkün düşüb. İsrail isə minlərlə "Hizbullah" döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. "Hizbullah" isə İsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.
Ordu.az