ABŞ də İranın ardınca bəyan edib ki, Pakistan danışıqların yeganə vasitəçisidir

2025/12/1765509728.jpg
Oxunub: 393     09:18     16 Aprel 2026    
“Pakistanlılar özlərini qeyri-adi dərəcədə effektiv vasitəçi kimi sübut ediblər, biz onların dostluğunu və səylərini yüksək qiymətləndiririk və onlar İranla danışıqlarda yeganə vasitəçidirlər”.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.

O əlavə edib ki, blokada İran limanlarına daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə şamil olunur.

“Biz rəsmi olaraq atəşkəsin uzadılmasını xahiş etməmişik”, - deyə Levitt qeyd edib.

Onun sözlərinə görə, Si Cinpin Trampa bu münaqişə zamanı İrana silah tədarük etmədiklərinə dair təminat verib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi yalnız pakistanlı vasitəçi vasitəsilə danışıqlar aparmaq niyyətində olduqlarını bəyan etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Pakistan  


Bizi "telegram"da izləyin