Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Diplomat brifinq zamanı “Mehr” agentliyinin sitat gətirdiyi açıqlamasında deyib: “İran öz tələbatlarına uyğun olaraq zənginləşdirməni davam etdirməyi bacarmalıdır. Qərb mediasının fərziyyələri təsdiqini tapmır”.
Bundan əvvəl “The New York Times” mənbələrə istinadən xəbər vermişdi ki, İran İslamabadda ABŞ ilə danışıqlar zamanı uranın zənginləşdirilməsini beş ilədək dayandırmağı təklif edib.
Sevinc Əliyeva
Ordu.az