Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, gəmi ərzaq məhsulları daşıyır və İranın cənub-qərbində yerləşən “İmam Xomeyni” limanına doğru hərəkət edir.
Bundan əvvəl ABŞ sanksiyaları altında olan VLCC (Very Large Crude Carrier) sinfinə məxsus İranın çox böyük neft tankeri yerini müəyyənləşdirmə cihazı açıq vəziyyətdə Hörmüz boğazını keçərək İslam Respublikasının ərazi sularına daxil olmuşdu. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı aprelin 13-dən etibarən İranın dəniz blokadasına başlandığını açıqlamışdı. Həmin bəyanata görə, məhdudiyyətlər İran limanlarına və ya onların sahilyanı ərazilərinə daxil olan, yaxud oradan çıxan bütün ölkələrin gəmilərinə şamil edilir.
Sevinc Əliyeva
Ordu.az