Ordu.az xəbər verir ki, bu barədə Telex nəşri məlumat yayıb.
Məlumata görə, bu görüş Orban üçün sonuncu olacaq. Sammit geosiyasi məsələlərə və Avropa İttifaqının büdcəsinin formalaşdırılmasına həsr olunacaq, lakin gündəlikdə Budapeşt və Moskva arasında mövcud təmaslar mövzusu da yer ala bilər.
Qeyd olunur ki, Avropa Komissiyası artıq Macarıstan ilə Rusiya arasında aparılan danışıqlarla bağlı yayılan məlumatlardan narahatlığını ifadə edib. AK nümayəndələri təsdiqləyiblər ki, bu məsələni liderlər səviyyəsində müzakirə etməyi davam etdirmək niyyətindədirlər.
Brüsseldə hesab edirlər ki, Macarıstan hökuməti izahat verməlidir. Mənbələrin sözlərinə görə, qarşıdan gələn sammit bu mövzunun əsas müzakirə platformasına çevrilə bilər (Orbanın vəzifədən getməsindən əvvəl).
Sevinc Əliyeva
Ordu.az