Ordu.az xəbər verir ki, M1701 seriya nömrəli helikopter Almaniyanın 2030-cu ilə qədər istismardan çıxarmağı planlaşdırdığı CH-53G “Sea Stallion” parkını əvəz edəcək 60 platformanın ilkidir.
CH-47F “Block II” helikopterlərinin Almaniyaya təhvilinin 2027-ci ildə başlanması və 2030-cu illərin ortalarınadək davam etməsi planlaşdırılır.
Proqram çərçivəsində texniki heyətin hazırlanması “Aero-Bildung GmbH”, gövdə baxımı isə “Lufthansa Technik” tərəfindən həyata keçiriləcək. “Honeywell T55” mühərriklərinin xidmət və saxlanması isə “Rolls-Royce Deutschland” tərəfindən təmin olunacaq.
Bu tədarük Almaniyanın NATO müttəfiqləri ilə uyğunluq, əməliyyat hazırlığı və dayanıqlılıq məqsədlərinə xidmət edir. Niderland, ABŞ və Böyük Britaniya kimi ölkələrin də bu platformadan istifadə etməsi Almaniyanın birgə əməliyyat imkanlarını artıracaq.
Sevinc Əliyeva
Ordu.az