Rusiya qoşunları Belqorod vilayətində yenidən aviabomba atıb

2025/12/1765006978.jpg
Oxunub: 450     10:14     15 Aprel 2026    
Belqorod vilayətində rus aviabombasının yenidən düşməsi faktı qeydə alınıb. FAB-250 sursatı martın 12-də Belqorod rayonunun Belovskoye kəndində hədəfdən yayınıb.

Ordu.az xəbər verir ki, bu barədə ASTRA Fövqəladə Hallar Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Oxşar hadisə iki gün əvvəl vilayətin Koroçanski rayonunun Zalomnoye kəndində də baş verib. Martın 7-də isə həmin rayonda yerləşən Qorodişçe kəndi yaxınlığında aviabomba aşkarlanıb. Qeyd olunan hadisələrin heç birində xəsarət alan olmayıb.

ASTRA-nın hesablamalarına görə, 2026-cı ilin ilk aylarında Rusiyada və Ukraynanın işğal olunmuş ərazilərində azı 20 rus aviabombası düşüb. 2025-ci ildə ən azı 143, 2024-cü ildə isə ən azı 165 belə hadisə qeydə alınıb.

Bildirilib ki, Rusiya ordusu sovet dövrünə aid FAB aviabombalarını xüsusi UMPK modulları ilə təchiz edir. Bu modullar bombaları qanadlı və peyk naviqasiyası ilə idarə olunan sursata çevirir və onların Rusiya ərazisindən buraxılmasına imkan verir. Lakin texniki problemlər səbəbindən bu bombalar hər zaman hədəfə çatmır və bəzən Rusiya ərazisinə düşür.

Eyni zamanda qeyd olunur ki, Rusiya hakimiyyəti bu cür hadisələri gizlətməyə çalışır. Mülki şəxslərin xəsarət aldığı hallarda səbəb kimi Ukrayna Silahlı Qüvvələrinin hücumları göstərilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin