Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.
“Tramp kiçik razılaşma istəmir. O, böyük razılaşma istəyir”, - deyə Vens Corciya Universitetində keçirilən “Turning Point USA” tədbirində bildirib.
Onun sözlərinə görə, belə razılaşma İranın nüvə silahına malik olmamasını, terrorçuluğa dövlət dəstəyinin dayandırılmasını və İran xalqının inkişaf edərək qlobal iqtisadiyyata inteqrasiya etməsini nəzərdə tutur.
Vens əlavə edib ki, tərəflər arasında uzunmüddətli etimadsızlığa baxmayaraq, bu cür razılaşmanın əldə olunmasına ümidlidir.
“Hazırda olduğumuz vəziyyətdən çox razıyam”, - deyə o qeyd edib.
O bildirib ki, İslamabaddakı nümayəndə heyəti də razılaşma əldə etmək istəyir və ABŞ bu istiqamətdə danışıqları davam etdirəcək.
Sevinc Əliyeva
Ordu.az