Donald Tramp respublikaçılara nəzarət qanununun tam uzadılmasına səs verməyə çağırıb

2025/12/1765691743.jpg
Oxunub: 327     09:24     15 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial platformasında respublikaçılara nəzarət haqqında qanunun tam uzadılmasına səs verməyə çağırıb.

Ordu.az xəbər verir ki, o, ABŞ-nin hərbi əməliyyatlarına, xüsusilə İrana qarşı əməliyyatlara dəstəyin vacibliyini vurğulayıb.

“Bizim hərbçilərə FISA 702 çox lazımdır və bu, həm Venesuelada, həm də İranda döyüş meydanında əldə etdiyimiz böyük uğurların əsas səbəblərindən biridir”, - deyə o yazıb.

Taump bildirib ki, bu məsələdə şəxsi risklərlə bağlı narahatlıqları bir kənara qoyur.

“FISA-nı bəyənib-bəyənməməyinizdən asılı olmayaraq, o, hərbçilərimiz üçün həyati əhəmiyyət daşıyır. Mən bir çox generallarla danışmışam və onlar bunu həyati hesab edir. Heç kim, hətta dolayısı ilə belə, xüsusilə də hazırda İranda həyata keçirdiyimiz uğurlu hərbi əməliyyatlar fonunda onsuz keçinə biləcəyini deməyib”, - deyə o qeyd edib.

CNN-in məlumatına görə, ABŞ milli təhlükəsizlik rəsmiləri qanunun 2026-cı il aprelin 20-də qüvvədən düşəcəyi halda kəşfiyyat məlumatlarının toplanmasında yarana biləcək boşluqlara hazırlaşır.

Bununla belə, həm sol, həm də sağ yönümlü vətəndaş azadlıqları müdafiəçiləri hesab edir ki, bu qanun amerikalıların şəxsi həyatına müdaxilə riskini artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin