Tramp: “İranı Venesueladan daha güclü şəkildə mühasirəyə alacağıq”

2025/12/1765691743.jpg
Oxunub: 416     19:40     12 Aprel 2026    
“Vaşinqton İranın neftini istədiyi ölkələrə sataraq və ya istəmədiklərinə satmaqdan imtina edərək pul qazanmasına imkan verməyəcək”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Biz İrana onların istədiklərinə neft sataraq və ya istəmədiklərinə satmaqdan imtina edərək pul qazanmağa imkan verməyəcəyik. Ya hər şey olacaq, ya da heç nə. Venesuela ilə nə etdiyimizi gördünüz. Bu, ona çox bənzər olacaq, amma daha yüksək səviyyədə. İran üçün Hörmüz boğazını mühasirəyə almağa hazırlaşırıq. Bu, bir qədər vaxt aparacaq, amma nəticəsini kifayət qədər tez verəcək”, - deyə Tramp bildirib.

O əlavə edib ki, qarşı tərəf danışıqlara bütün üstünlüklərin onda olduğu təəssüratı ilə gəlsə də, əslində vəziyyət belə deyil.

Trampın sözlərinə görə, ABŞ-nin danışıqlar apardığı şəxslər ağıllı, uzaqgörən və peşəkar olublar.

“Bibi Netanyahu demişkən, biz böyük qardaşıq, onlar isə kiçik qardaşdır”, - deyə o vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, NATO ölkələri də boğazın minalardan təmizlənməsi məsələsində kömək etmək istədiklərini bildirirlər. Onun sözlərinə görə, Böyük Britaniya və daha bir neçə ölkə mina təmizləyən gəmilər göndərir.

Tramp həmçinin bildirib ki, ABŞ-də pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün “kompüterləşdirilmiş mərmilər” adlandırdığı yeni avadanlıqlar, eləcə də dronları əridən lazer sistemləri mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin