Ordu.az xarici mətbuata istinadən xəbər verir ki, Vaşinqtonda Livan və İsrail arasında sülh danışıqları zamanı əldə edilən çərçivə sazişinin imzalanması barədə xəbərlərdən sonra şəhərin bir neçə ərazisində etirazlar başlayıb.
Paytaxtın mərkəzində və hava limanına aparan magistral yolda ordu patrulları ilə etirazçılar arasında toqquşmalar baş verib, etirazçılar əsgərləri daşlayıblar. İğtişaşlarda iştirak edənlərin həbs olunması barədə heç bir məlumat verilməyib.
Hazırda şəhərin şiə məhəllələrinin yaxınlığında yerləşən Ramlet əl-Beyda bulvarında kütləvi etiraz aksiyası keçirilir.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Livan və İsrail hökumətləri arasında çərçivə sazişi imzalanıb.
Ordu.az