Çin korrupsiyaya qarşı kampaniya çərçivəsində altı generalı parlamentdən uzaqlaşdırıb

2026/06/1782545505.jpg
Oxunub: 220     11:27     27 İyun 2026    
Çin rəhbərliyi korrupsiyaya qarşı mübarizə çərçivəsində Xalq Azadlıq Ordusunun altı yüksək rütbəli generalını ölkənin ali qanunverici orqanının tərkibindən çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, parlamentin ümumilikdə 13 üzvünün səlahiyyətlərinə xitam verilib, bir üzv isə istefa verib.

Bildirilir ki, parlamentdən uzaqlaşdırılan şəxslər arasında Xalq Azadlıq Ordusunun altı yüksək rütbəli komandiri ilə yanaşı, Sincan Muxtar Rayonunun keçmiş partiya rəhbəri və yüksək vəzifəli maliyyə tənzimləyicisi də yer alır.

Qeyd olunur ki, bu addım Çin Prezidenti Si Cinpinin Silahlı Qüvvələrdə həyata keçirdiyi korrupsiyaya qarşı genişmiqyaslı kampaniyanın davam etdiyini göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   General   Korrupsiya  


Bizi "telegram"da izləyin