Ordu.az xəbər verir ki, İranın dövlət televiziyası hərbi mənbələrə istinadən zərbənin Taheruye limanına endirildiyini açıqlayıb.
Mənbənin məlumatına görə, İran Silahlı Qüvvələri gün ərzində Hörmüz boğazından “icazəsiz” keçməyə cəhd göstərən bir neçə gəmiyə xəbərdarlıq atəşi açıb. Bildirilib ki, həmin atəşlər Sirik şəhəri ərazisindən həyata keçirilib.
Öz növbəsində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) əvvəlki gün Hörmüz boğazında yük gəmisinə qarşı həyata keçirilən hücuma cavab olaraq İran sahillərində yerləşən hədəflərə zərbələr endirildiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az