Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb

2024/02/1707896962.jpg
Oxunub: 236     11:07     27 İyun 2026    
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Rusiya katerinin vurulduğunu bildirib.

Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə HDQ-nin teleqram kanalındakı məlumatında bildirilib.

"Ukrayna Silahlı Qüvvələrinin HDQ-si düşməni məhv etməyə davam edir. Bu dəfə Rusiyanın Tendra dilinə logistik təminatı həyata keçirməyə çalışan kater məhv edilib. Vurulmuş hər bir kater Ukrayna ərazi sularının azad edilməsinə doğru daha bir addımdır", – məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Qara-dəniz   Rusiya  


Bizi "telegram"da izləyin