Ordu.az xəbər verir ki, BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında Hörmüz boğazının “dayanıqlı şəkildə” yenidən açılacağına ümid etdiyini bildirib.
“Hesab edirəm ki, hər kəs imzaladığı bütün sazişlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərə hörmət etməlidir. Eyni zamanda prosesdə iştirak edən bütün tərəflərin ümumi maraqları unutmaması da olduqca vacibdir”, - deyə Düjarrik Nyu-Yorkda bildirib.
O qeyd edib ki, minlərlə kişi və qadın gəmilərdə bloklanmış vəziyyətdə qalıb. Düjarrikin sözlərinə görə, dünya ölkələri gündəlik istehlak mallarının çatdırılması baxımından həmin insanların fəaliyyətindən asılıdır.
Sevinc Əliyeva
Ordu.az