Ordu.az xəbər verir ki, bu barədə o, TVN24 telekanalına müsahibəsində danışıb.
Ukrayna hərbi bölməsinin UPA qəhrəmanlarının şərəfinə adlandırılması ilə bağlı mübahisəni şərh edən Sikorski bildirib ki, onun fikrincə, Ukrayna Prezidenti daha məqbul variant seçə və UPA ilə Polşa-Ukrayna münasibətlərinin tarixi həssaslığını nəzərə ala bilərdi.
Bununla yanaşı, Polşa Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Polşa tərəfinin ordenin geri alınması şəklində verdiyi cavab da “qeyri-mütənasib” olub, çünki bu addım birbaşa Ukrayna prezidentinə yönəlib.
Sikorskinin sözlərinə görə, bu cür addımlar ölkələr arasında diplomatik dialoqu çətinləşdirir, xüsusilə də Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdiyi bir vaxtda. O qeyd edib ki, Varşava üçün Kiyevlə konstruktiv əməkdaşlıq imkanlarını, o cümlədən Ukraynanın Avropa İttifaqına inteqrasiyası məsələsində qoruyub saxlamaq vacibdir.
Sikorski əlavə edib ki, Ukraynanın Avropa İttifaqına üzvlük prosesi mürəkkəb olacaq və bu, birlik üzvü olan ölkələrdə, o cümlədən Polşada siyasi qərarlar tələb edəcək.
Sevinc Əliyeva
Ordu.az