“Joğovurd”: Ermənistanın hakim partiyasının fraksiya rəhbərliyində də dəyişikliklər gözlənilir

2026/06/1782536999.jpg
Oxunub: 258     09:06     27 İyun 2026    
“İqtidar partiyasının idarə heyətindəki məlumatlı mənbələrimizin bildirdiyinə görə, “Vətəndaş Müqaviləsi” partiyasında təkcə parlament rəhbərliyinin deyil, bütövlükdə partiyanın siyasi simalarının yenilənməsi məsələsi müzakirə olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, idarə heyətinin qapalı müzakirələrində partiyanın “simasını dəyişməli” olduğu qənaətinə gəlinib və dəyişikliklərin yalnız parlament sədri və vitse-spikerlər səviyyəsi ilə məhdudlaşmaması vurğulanıb.

“Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətində parlament fraksiyasının rəhbər heyətinin dəyişdirilməsi məsələsi də müzakirə olunub. Fraksiyanın hazırkı rəhbəri Hayk Koncoryan və katibi Artur Hovhannisyan artıq mövcud vəzifələrini davam etdirə biləcək siyasətçilər kimi qiymətləndirilmirlər”, - deyə məqalədə qeyd olunub.

Nəşrin iddiasına görə, Hayk Koncoryanın mövqeyinin zəifləməsində həm ictimaiyyətdə geniş rezonans doğuran ailəsi ilə bağlı mövzular, o cümlədən malikanələr, güzəştli şərtlərlə əldə edilmiş əmlaklar, qardaşı, bacısı və anasının adına rəsmiləşdirilmiş daşınmaz əmlaklarla bağlı yayımlar, həm də onun siyasi fəaliyyəti rol oynayıb.

“Partiya daxilində xatırladırlar ki, Koncoryan “Vətəndaş Müqaviləsi” partiyasına qoşulmazdan əvvəl üç müxtəlif siyasi qüvvədə fəaliyyət göstərib. O, vaxtilə parlament sədri Alen Simonyanın zəmanəti ilə partiyaya qəbul olunmuşdu. Hazırda isə Alen Simonyanın partiya daxilində təsir imkanları əhəmiyyətli dərəcədə zəiflədiyindən, Koncoryanın da mövqeləri əvvəlki kimi deyil”, - deyə nəşr yazıb.

Məqalədə bildirilir ki, Koncoryan son mərhələdə Alen Simonyanı dəstəkləməsə və hətta parlament sədri vəzifəsinə namizədliyini irəli sürsə də, bu addım ona siyasi baxımdan heç bir üstünlük qazandırmayıb.

“Mənbələrimizin sözlərinə görə, o, yaxın ətrafı ilə söhbətlərində Nikol Paşinyana şəxsən müraciət edərək karyerasında irəliləyiş üçün dəstək istəyəcəyini bildirib. Koncoryan bunu parlament fraksiyasına ən çətin dövrdə rəhbərlik etməsi ilə əsaslandırmağı planlaşdırır”, - deyə nəşr vurğulayıb.

Nəşrin məlumatına görə, Artur Hovhannisyanla bağlı vəziyyət də fərqlənmir.

“İdarə heyətindəki mənbələrimizin bildirdiyinə görə, partiyada hesab edirlər ki, Artur Hovhannisyanın adı ilə bağlı vaxtilə geniş müzakirə olunan narkotik qalmaqalı hələ də ictimai yaddaşdan silinməyib və onun siyasi nüfuzuna mənfi təsir göstərməkdə davam edir. Məhz buna görə də o, artıq fraksiya katibi vəzifəsini qoruyub saxlaya və ya bu istiqamətdə irəliləyə biləcək namizəd kimi qiymətləndirilmir. Beləliklə, partiya bundan sonra daxildə daha yüksək nüfuza malik şəxsləri ön plana çıxarmağa üstünlük verir”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan  


Bizi "telegram"da izləyin