Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, parlament sədri vəzifəsinə namizəd seçildikdən sonra partiyanın idarə heyətinin iclasında vitse-spikerlərin seçilməsi planlaşdırılır.
“Namizədlərin irəli sürülməsi ötən gündən başlayıb və dünənə olan məlumata görə, Vahaqn Aleksanyan və Alxas Qazaryan olmaqla iki namizəd irəli sürülüb. Bu gün namizədlərin irəli sürülməsi üçün son gündür. Namizədlər müraciətlərini elektron poçt vasitəsilə təqdim edirlər və partiyanın aparatının həmin namizədləri idarə heyətinin müzakirəsinə çıxarması gözlənilir. Böyük ehtimalla gələn həftə “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyəti parlament sədrinin müavinləri vəzifəsinə namizədləri müəyyən edəcək”, - deyə nəşr qeyd edib.
Nəşrin iddiasına görə, partiya daxilində iki vitse-spikerdən birinin qadın olması ilə bağlı siyasi qərarın qəbul edildiyi bildirilir. Bu səbəbdən “Vətəndaş Müqaviləsi” partiyasındakı demək olar ki, bütün qadın siyasətçilər namizədliklərini irəli sürmək istəyirlər.
“Bəziləri hesab edirlər ki, bu, Nikol Paşinyanın növbəti siyasi tamaşasından başqa bir şey deyil və əslində heç bir real seçim prosesi yoxdur, yekun qərarı yenə də şəxsən o verir. Digərləri isə bildirirlər ki, bəzi hallarda seçilən şəxslər Paşinyanın üstünlük verdiyi namizədlər olmur və o, onların seçilməsini istəməzdi”, - deyə məqalədə vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az