XİN: Çinin hərbi inkişafı heç bir ölkəyə qarşı yönəlməyib

2026/06/1782545394.jpg
Oxunub: 194     11:21     27 İyun 2026    
Çinin hərbi inkişafı milli suverenliyin, təhlükəsizliyin və inkişaf maraqlarının qorunmasına xidmət edir və heç bir ölkəyə qarşı yönəlməyib.

Ordu.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tsyakun növbəti brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Çin sülh yolu ilə inkişaf siyasətinə sadiq qalır.

“Çinin artan hərbi gücü dünya sülhünün möhkəmlənməsinə xidmət edən artan qüvvədir və Asiya-Sakit okean regionunda, eləcə də onun hüdudlarından kənarda sülhün və sabitliyin qorunmasına töhfə verir”, - deyə sözçü vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   XİN  


Bizi "telegram"da izləyin