"Fars körfəzində qalan dənizçilərin təxliyə əməliyyatını bərpa etməyə hazırıq" - Dominqes

2026/05/1779686410.jpg
Oxunub: 212     09:18     27 İyun 2026    
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazında ticarət gəmilərinə hücum edilməməsi barədə zəmanət aldıqdan sonra Fars körfəzində qalan dənizçilərin təxliyə əməliyyatını bərpa etməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Arsenio Dominqes məlumat verib.

O, əlavə edib ki, təxliyənin bərpası üçün konkret bir müddət demək mükün deyil.

Beynəlxalq Dəniz Təşkilatının rəhbəri Oman, ABŞ və İranla danışıqlar apardığını və Tehrandakı əsas əlaqələrinin dənizçilik administrasiyası və Xarici İşlər Nazirliyi olduğunu bildirib.

İyunun 24-də Təşkilat Fars körfəzində qalan 11.000 dənizçinin təxliyə edilməsi planını açıqlayıb. Dominqesin sözlərinə görə, o vaxtdan bəri 2500 dənizçi daşıyan təxminən 115 gəmi Hörmüz boğazından keçə bilib. 500-dən çox gəminin hələ də təxliyəyə ehtiyacı var.

İİKK-nın Hərbi Dəniz Qüvvələri IMO tərəfindən təşkil edilən əməliyyata istinad etmədən bildirib ki, bəzi səlahiyyətlilər İrana məlumat vermədən və koordinasiya olmadan Hörmüz boğazından yeni tranzit marşrutu elan ediblər.

IMO Hörmüz boğazında ticarət gəmisinə edilən hücumdan sonra əməliyyatları dayandırdığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fars-körfəzi   Dominqes  


Bizi "telegram"da izləyin