Gürcüstanın DTX rəisi Ermənistanda təhlükəsizlik çağırışları barədə danışıqlar aparıb

2026/06/1782543799.jpg
Oxunub: 215     10:52     27 İyun 2026    
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Ermənistana rəsmi səfər edib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, Gürcüstan DTX-nin yaydığı məlumata görə, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüş keçirib.

Görüşdə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın inkişafı, regionda cərəyan edən proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə olunub.

Tərəflər qlobal təhdidlərə qarşı mübarizədə iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Geka Geladze göstərilən qonaqpərvərliyə görə erməni həmkarına təşəkkür edib və onu Gürcüstana rəsmi səfərə dəvət edib.

Görüşdə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavinləri Tamaz Boraşvili və Aleksandr Maisuradze də iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Ermənistan   DTX  


Bizi "telegram"da izləyin