Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı Ermənistan-İran ikitərəfli gündəliyində yer alan aktual məsələlər müzakirə olunub.
“Tərəflər nəqliyyat, energetika, ticarət-iqtisadi əlaqələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.
Həmsöhbətlər sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi və sərhəddən keçid qabiliyyətinin artırılması ilə bağlı məsələləri də müzakirə ediblər. Bildirilib ki, bu addımlar ticarət-iqtisadi əməkdaşlığın inkişafına birbaşa töhfə verəcək.
Ermənistanın baş nazir müavini və İran Prezidentinin müavini, eyni zamanda Ermənistan Respublikası ilə İran İslam Respublikası arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri kimi, komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayıb və müzakirələrin bu formatda davam etdirilməsi barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az