KİV: Ukraynanın Bərpası Konfransının platformasında Qriqoryanla Ceyhun Bayramovun görüşü planlaşdırılırmı?

2026/06/1782502964.jpg
Oxunub: 216     23:40     26 İyun 2026    
“Polşanın Qdansk şəhərində Ukraynanın bərpasına həsr olunmuş konfrans işə başlayıb və tədbir iki gün davam edəcək”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri “Ukraynanın Bərpası Konfransının platformasında Armen Qriqoryanla Ceyhun Bayramovun görüşü planlaşdırılırmı?” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, Rusiya ekspert dairələrinin Polşa ilə Ukrayna arasında ötən həftə yaşanan “ordenlər müharibəsi”nin konfrans çərçivəsində də davam edəcəyi ilə bağlı gözləntiləri hələlik özünü doğrultmur

“Ukrayna Prezidenti Volodimir Zelenski Qdanska getməsə də, bu, Almaniya kansleri Fridrix Mertsin “kollektiv Qərb”in mövqeyini açıqlamasına mane olmayıb. Merts Rusiyanın Ukraynada mövcud təmas xətti boyunca atəşkəs təklifini qəbul etməli olduğunu bəyan edib”, - deyə nəşr yazıb.

Məqalədə bildirilir ki, bundan bir gün əvvəl Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rütteni qəbul edib və danışıqlardan sonra birgə mətbuat konfransı keçirilib.

“Jurnalistlərdən birinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualını cavablandıran Tramp Volodimir Zelenski haqqında müsbət fikirlər səsləndirib. O bildirib: “ABŞ Prezidentinin vəziyyəti kifayət qədər yaxşıdır. Ən azı öz ərazilərini qoruyur. Hər iki tərəfdə insanlar həlak olur, amma düşünürəm ki, o, vəziyyətin öhdəsindən pis gəlmir. Deməliyəm ki, o, cəsurdur. Onun əla silahları, əla insanları və döyüşçüləri var”, - deyə məqalədə vurğulanıb.

Müəllif qeyd edir ki, Trampın bu açıqlamalarının ABŞ-nin mövqeyinin dəyişməsi anlamına gəlib-gəlmədiyini hələlik qəti şəkildə söyləmək mümkün deyil.

Məqalədə “Nezavisimaya qazeta”nın Qdansk konfransında NATO Baş katibinin müavini, Şimali Makedoniyanın keçmiş müdafiə naziri Radmila Şekerinskanın fikirlərinə də yer verilib. O hesab edib ki, Rusiya-Ukrayna cəbhəsində mövcud vəziyyət “reallaşdırılması vacib olan imkan”dır.

Məqalədə Polşanın sabiq Prezidenti Aleksandr Kvasnevskinin daha pessimist mövqe sərgilədiyi vurğulanır.

“O bildirib ki, yaxın aylarda müəyyən hadisələr baş verəcək, lakin bu, sülh olmayacaq, çünki Rusiya rəhbərliyi sülhdə maraqlı deyil. Bununla yanaşı, o, atəşkəsin yaxınlaşdığını düşündüyünü də ifadə edib və Ukraynanın müttəfiqlərini ölkənin müdafiəsinə sözlə deyil, əməli şəkildə hazırlaşmağa çağırıb”, - deyə məqalədə bildirilir.

Nəşr əlavə edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə NATO-nun 2030-cu ilə qədər Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşdığını bəyan edib.

“Qdanskda keçirilən konfransda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səviyyəsində təmsil olunur. Onların həmin platformada görüşünün planlaşdırılıb-planlaşdırılmadığı sualı açıqdır”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Qriqoryan   Ceyhun-Bayramov  


Bizi "telegram"da izləyin