Fransada kiberhücum nəticəsində INSEE-nin təxminən 13 min əməkdaşının məlumatları sızdırılıb

2026/04/1776273329.jpg
Oxunub: 215     08:11     27 İyun 2026    
Fransanın Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (INSEE) yaxın vaxtlarda baş vermiş kiberhücum nəticəsində 12 min 800 hazırkı və keçmiş əməkdaşının şəxsi məlumatlarının sızdırıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Qurumun məlumatına görə, kibercinayətkarlar əməkdaşların şəxsi məlumatlarına və xidməti əlaqə vasitələrinə çıxış əldə ediblər. Eyni zamanda, məxfi məlumatlar, o cümlədən şifrələr, şəxsi əlaqə məlumatları, bank rekvizitləri, sosial sığorta nömrələri və tibbi məlumatlar hücumdan zərər görməyib.

INSEE vətəndaşları və təşkilatları institut əməkdaşları tərəfindən göndərilmiş məktublara bənzər mesajlar aldıqları zaman diqqətli olmağa çağırıb. Qurum xatırladıb ki, heç vaxt qeydiyyat üçün ödəniş tələb etmir, həmçinin bank məlumatları və ya şifrələrin təqdim olunmasını istəmir.

Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən müstəqil qurumdur və ölkənin iqtisadiyyatı və cəmiyyəti ilə bağlı statistik məlumatların toplanması, təhlili və dərc edilməsinə cavabdehdir.

Nəşr qeyd edir ki, son dövrlərdə Fransada dövlət qurumlarına qarşı bir neçə kiberhücum baş verib. Bu isə dövlət məlumatlarını emal edən informasiya sistemlərinin etibarlılığı məsələsini yenidən gündəmə gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kibərhücum   Fransa   INSEE  


Bizi "telegram"da izləyin