Tramp ABŞ-İran danışıqları zamanı döyüş izləyib

2026/04/1776005393.jpg
Oxunub: 402     18:45     12 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio ABŞ-İran danışıqları zamanı döyüş izləyiblər.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, vitse-prezident Cey Di Vens İranla razılıq əldə olunmadığını bəyan etdikdən dərhal sonra Rubio Florida ştatının Mayami şəhərində keçirilən UFC döyüşü zamanı böyük ekranda görünüb.

Tramp və Rubionu müşayiət edən jurnalistlər onların hər ikisinin gülümsədiyini və baş verənləri maraqla izlədiyini qeyd ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rubio  


Bizi "telegram"da izləyin