Ordu.az xəbər verir ki, bu barədə Kremlin məlumatında bildirilir.
İran Prezidenti aprelin 11-də İslamabadda keçirilmiş İran-ABŞ danışıqları ilə bağlı qiymətləndirməsini təqdim edib, vəziyyətin gərginliyinin azaldılmasına yönəlmiş prinsipial mövqeyinə görə (o cümlədən beynəlxalq platformalarda) Rusiyaya minnətdarlığını ifadə edib.
Məsud Pezeşkian həmçinin iran xalqına humanitar yardım göstərdiyinə görə Rusiyaya təşəkkür edib.
Putin münaqişənin siyasi-diplomatik həll yollarının axtarışına bundan sonra da dəstək verməyə və Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olunması məqsədilə vasitəçilik səyləri göstərməyə hazır olduğunu vurğulayıb. Bu məqsədlə Rusiya regionun bütün tərəfdaşları ilə aktiv təmasları davam etdirəcək.
İkitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi zamanı tərəflər Rusiya-İran mehriban qonşuluq münasibətlərinin daha da hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.
Məsud Pezeşkian Putini və Rusiyanın bütün pravoslav xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib.
Sevinc Əliyeva
Ordu.az