Rusiya və Ukrayna bir-birini Pasxa atəşkəsini pozmaqda ittiham edib

2023/06/1688106769.jpg
Oxunub: 433     14:13     12 Aprel 2026    
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmrinə uyğun olaraq xüsusi hərbi əməliyyat zonasındakı bütün qoşun qruplaşmaları aprelin 11-i saat 16:00-dan etibarən atəşkəs rejiminə ciddi riayət edib və əvvəl tutduqları mövqe və xətlərdə qalıblar.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Pasxa atəşkəsi elan olunmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya qoşunlarının mövqelərinə hücum edib. Ümumilikdə, aprelin 11-i saat 16:00-dan aprelin 12-si saat 08:00-dək olan müddətdə Ukrayna Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini 1971 dəfə pozub”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Ukrayna ordusu isə öz növbəsində bəyan edib ki, saat 16:00-dan sonra, günün sonuna qədər Rusiya qoşunları atəşkəs rejimini 1723 dəfə pozub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin