“Rusiya saxlanılan iş adamlarının Ermənistanın daxili siyasi proseslərində iştirakını gözləyir” - Putin

2025/10/1760100389.jpg
Oxunub: 454     19:57     01 Aprel 2026    
“Moskvanın iş adamları arasında çoxlu dostları var və onlardan bəziləri hazırda həbsdədir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə Nikol Paşinyanla görüşdə bildirib.

“Bizim iş adamları arasında çoxlu dostlarımız var. Onlardan bəziləri Rusiya vətəndaşıdır və bildiyimə görə, azadlıqdan məhrum ediliblər”, - deyə Putin bildirib.

“Əlbəttə, bu sizin qərarınızdır, lakin istərdik ki, onların hamısı daxili siyasi proseslərdə iştirak edə bilsin”, - deyə o əlavə edib.

Paşinyan isə cavabında qeyd edib ki, Ermənistan demokratik ölkədir və ölkədə aktiv daxili siyasi həyat mövcuddur.

“Xüsusilə vurğulamaq istəyirəm ki, bizdə seçkilərdə yalnız Ermənistan vətəndaşlığına malik şəxslər iştirak edə bilər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin