Putin: “Ermənistanda rusiyameyilli siyasi qüvvələrin seçkilərdə iştirak edəcəyinə ümid edirik”

2026/04/1775058810.jpg
Oxunub: 528     19:40     01 Aprel 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş zamanı Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ermənistanda rusiyameyilli siyasi qüvvələrin seçkilərdə iştirak edə biləcəyinə ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Bizim Ermənistanda çoxlu dostlarımız var, çox-çox. Biz bunu bilirik. Rusiya Federasiyasında çoxlu erməni yaşayır. Müxtəlif cür hesablamaq olar. Hesab edirik ki, onların sayı 2 milyondan çoxdur. Daxili İşlər Nazirliyimizin statistikası da bunu təsdiqləyir. Ermənistanda isə rusiyameyilli çoxlu siyasi qüvvələr var”, - deyə Putin qeyd edib.

“Əlbəttə, sizə səmimi deyim, bizim dialoqumuz var və biz həmişə açıq və birbaşa danışırıq. Çox istərdik ki, bütün bu siyasi partiyalar və siyasi xadimlər seçkilər zamanı daxili siyasi proseslərdə iştirak edə bilsinlər”, - deyə o əlavə edib.

Putin bildirib ki, onların bir çoxu Rusiya pasportuna malik olsalar da, hazırda həbsdədirlər. “Bu sizin qərarınızdır, biz müdaxilə etmirik. Lakin hər halda istərdik ki, onların hamısı daxili siyasi fəaliyyətə qoşula bilsin”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ermənistan  


Bizi "telegram"da izləyin