Putin: “Ermənistanla ticarət dövriyyəsi 6,4 milyard dollardır, AİB-ə ixrac son illərdə on dəfə artıb”

2026/03/1774615049.jpg
Oxunub: 542     19:30     01 Aprel 2026    
“Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi ötən il 6,4 milyard dollar təşkil edib. Bu, yüksək göstəricidir və məsələn, qonşu Azərbaycanla olan göstəricidən daha yüksəkdir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüş zamanı bildirib.

“Əvvəlki ildə dövriyyə 11 milyard dollar olub. Ötən il, 2025-ci ildə isə 6,4 milyard dollar təşkil edib. Qonşu Azərbaycanla isə bu göstərici 5 milyard dollardan azdır: 4,9 milyard dollar. Bunun özü müəyyən məna daşıyır”, - deyə Putin vurğulayıb.

“Bu 6,5 milyard dolların 1,2 milyardı kənd təsərrüfatı məhsullarıdır. Bunlar tərəvəz, meyvə, şərabdır, Ermənistanın ixrac etdiyi məhsullardır”, - deyə Rusiya prezidenti əlavə edib.

“Mənim fikrimcə, münasibətlərimiz üçün bəzi məsələlər, məsələn, energetika çox vacibdir”, - deyə Putin qeyd edib.

O, həmçinin bildirib ki, son illərdə Ermənistanın AİB ölkələrinə ixracı on dəfə artıb.

“Ermənistan iqtisadiyyatında baş verənlərə baxsaq, düşünürəm ki, siz də eyni mənzərəni görürsünüz. Axı son illərdə Ermənistanın AİB ölkələrinə ixracı on dəfə artıb”, - deyə Rusiya prezidenti vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ermənistan  


Bizi "telegram"da izləyin