Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Görürük ki, Ermənistanda daxili siyasi proseslər sürətlənir və yaxın zamanda seçkilər keçiriləcək”, - deyə Rusiya Prezidenti qeyd edib.
O, həmçinin bildirib: “Əsas məsələ odur ki, hər hansı seçkiqabağı kampaniya zamanı həmişə kəskinləşən bu daxili siyasi proseslər bizim münasibətlərimizə heç bir şəkildə zərər verməsin. Əminəm ki, Ermənistanda baş verənlər Rusiya və dünyanın digər ölkələrində baş verənlərdən fərqlənmir. Bu gərginlik münasibətlərimizə heç bir şəkildə zərər vermir”.
Alpər Mövludoğlu
Ordu.az