Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putin bildirib.
Rusiya lideri qeyd edib ki, Moskva İrəvan ilə Brüssel arasında münasibətlərin inkişafına sakit yanaşır. Lakin Putin vurğulayıb ki, Ermənistan eyni vaxtda iki gömrük ittifaqının üzvü ola bilməz.
“Görürük ki, Ermənistan Avropa İttifaqı ilə münasibətlərin inkişafını müzakirə edir. Buna tam sakit yanaşırıq. Anlayırıq ki, istənilən ölkə üçüncü tərəflərlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır”, - deyə Putin Rusiya-Ermənistan danışıqları zamanı bildirib.
Alpər Mövludoğlu
Ordu.az