Putin: "Paşinyan və İlham Əliyevin səyləri sayəsində İrəvanla Bakı arasında münasibətlər sabitləşib"

2025/10/1760100389.jpg
Oxunub: 350     18:47     01 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində İrəvan və Bakı arasında münasibətlərin sabitləşməsinə nail olunub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin Kremldə Paşinyanla görüşündə bildirib.

Putin, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında ABŞ Prezidenti Donald Trampın fəal iştirakını xatırladıb.

Rusiya Prezidenti əlavə edib ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) digər ölkələrin daxili proseslərinə müdaxilə etməməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   İlham-Əliyev   Paşinyan  


Bizi "telegram"da izləyin