Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Murat İkinci şirkətin son dövrdə imzaladığı müqavilələrlə bağlı deyib:
“ROKETSAN 2025-ci ili 2 milyard dollardan artıq dövriyyə ilə başa vurub. Bu, əvvəlki illə müqayisədə 50 faizdən çox artım deməkdir. Daha önəmlisi isə ötən il bağladığımız yeni müqavilələrlə həm ixracda, həm də daxili bazarda iş həcmini təxminən 10 milyard dollar səviyyəsinə çatdırmışıq”.
O, şirkətin yerlilik səviyyəsində də əhəmiyyətli artım olduğunu qeyd edib: “2021-ci ildə 85 faiz olan yerlilik səviyyəmiz hazırda 92 faizə yüksəlib. Bu, istehsalımızı artırarkən milliləşdirmə istiqamətində fəaliyyətimizin gücləndiyini göstərir”.
Murat İkinci həmçinin bildirib ki, şirkətin məhsulları hazırda təxminən 50 ölkədə istifadə olunur və Azərbaycan, Səudiyyə Ərəbistanı, İndoneziya və Honkonqda fəaliyyət davam etdirilir.
ROKETSAN-ın artan müqavilə həcmi və istehsal gücü fonunda həm daxili bazarda, həm də ixracda böyüməsini davam etdirdiyi və bu dinamikanın qarşıdakı dövrdə də davam edəcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az