Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, söhbət, xüsusilə, axtarışda olan Artur Asatryandan (Don Pipo), Mihran Poğosyandan (ictimaiyyətdə daha çox “Ketrinin Mihranı” kimi tanınır), həmçinin Nikol Paşinyan tərəfindən əvvəllər vəzifədən azad edilmiş sabiq müdafiə naziri Arşak Karapetyandan və digər şəxslərdən gedir.
“Məlumatlara görə, bu şəxslər Ermənistana qayıdaraq siyasi rəqabət mühitində “Vətəndaş Müqaviləsi” partiyası ilə mübarizə aparacaqlar. Gözlənilir ki, onlar yaxın vaxtlarda fəal təbliğat və ictimai fəaliyyətlə siyasi səhnəyə gur giriş etməyə çalışacaqlar.
Siyasi müşahidələrə əsasən, bu məsələ ilə bağlı qərar artıq qəbul olunub. Bu addım həm də Nikol Paşinyanın Rusiya Federasiyasına planlaşdırılan səfəri kontekstində qiymətləndirilir və bəzi dəyərləndirmələrə görə, həmin səfərdə daxili siyasi proseslər də müzakirə oluna bilər.
Mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib, lakin yaxın dövrdə baş verəcək proseslərin seçki rəqabətinə təsirinin daha aydın görünəcəyi gözlənilir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az