Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, Daşnaksütun Bürosunun nümayəndəsi İşxan Sağatelyan deyib.
Onun sözlərinə görə, hərbi parad yalnız ordunun döyüş ruhunu yüksəltmək və rəqibə mesaj vermək məqsədi daşıdıqda məna kəsb edir.
“Lakin mövcud hakimiyyət bunu seçki məqsədləri üçün istifadə edir. Bu paradın məqsədi xalqı yenidən aldatmaq, guya təhlükəsizliyin təmin olunduğu görüntüsünü yaratmaqdır”, - deyə Sağatelyan qeyd edib.
Sağatelyan 2019-cu ildə “Su-30” təyyarələrinin alınması ilə bağlı verilən vədləri xatırladaraq bildirib ki, 44 günlük müharibə zamanı həmin təyyarələr istifadə olunmayıb.
Onun fikrincə, problem təkcə silahlanmada deyil, həm də ordunun idarə olunmasındadır.
“Bu rəhbərliklə hətta NATO qoşunları belə məğlubiyyətə uğrayar”, - deyə o bildirib.
Erməni deputat əlavə edib ki, müharibədən sonra hakimiyyət heç bir ciddi hərbi təlim keçirməyib və seçkilər ərəfəsində keçiriləcək paradın məqsədi tamamilə siyasi xarakter daşıyır.
Alpər Mövludoğlu
Ordu.az