Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşr qeyd edib ki, xüsusi koordinator və missiya rəhbəri kimi Sarkis Xandanyan ATƏT PA, AŞPA və ATƏT/DTİHB-nin qısamüddətli seçki müşahidə missiyalarının fəaliyyətini əlaqələndirəcək.
“Parlamentin mətbuat xidmətinin məlumatına görə, 2026-cı il martın 24-26-da Budapeştə etdiyi işgüzar səfər çərçivəsində Xandanyan seçki prosesində iştirak edən dövlət qurumlarının, siyasi partiyaların, parlamentin, hökumətin, vətəndaş cəmiyyətinin, KİV-lərin və ATƏT/DTİHB-nin uzunmüddətli müşahidə missiyasının nümayəndələri ilə görüşüb.
Görüşlər zamanı ona seçkilərə hazırlıq prosesi və seçki kampaniyasının gedişi barədə məlumat verilib. Macarıstanda parlament seçkiləri 2026-cı il aprelin 12-də keçiriləcək”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, Avropa ölkələri Macarıstanın hazırkı baş naziri Viktor Orbanı hakimiyyətdən uzaqlaşdırmağa çalışır, ABŞ prezidenti Donald Tramp isə əksinə, ona dəstək verdiyini bildirib. Orbanın Rusiyada da dəstək aldığı vurğulanır.
“Buna görə də Avropa tərəfinin Xandanyana təzyiq göstərərək Orbanın qələbəsi halında ciddi pozuntular barədə hesabat təqdim etməsini, müxalifətin pozuntularına isə göz yummasını tələb edə biləcəyi qeyd olunur.
Əgər bu yanaşma tətbiq olunarsa, Vaşinqton və Moskvada, eləcə də Avropa elitasının ənənəvi qanadında narazılıq yarana bilər. Əgər Xandanyan Brüsselin göstərişlərinə əməl etməzsə, bu halda Paşinyan Avropa İttifaqı rəhbərliyi ilə problemlərlə üzləşə bilər.
Beləliklə, Paşinyan bu dəfə ABŞ və Avropa İttifaqının maraqları arasında yenidən çətin vəziyyətə düşür”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az