Paşinyanın partiyasının üzvlərinin narazılığı: “Xalq bizi diri-diri yeyər”

2026/04/1775021507.jpg
Oxunub: 462     09:31     01 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın küçəvi təbliğat kampaniyaları artıq partiya üzvlərini narahat etməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrə görə, partiya daxilində belə deyilir: “Biz artıq bir növ oyuncağa çevrilmişik, gül, danış, rəqs et, nə deyirlərsə, başımızı aşağı salıb etməliyik.

O da çətin vəziyyətdədir, hakimiyyəti necə qoruyacağını bilmir. Amma biz də onun yanında olmaya bilmərik, çünki o getsə, xalq bizi diri-diri yeyər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin