Almaniya kansleri: “Təxminən 800 min suriyalı vətəninə qayıtmalıdır”

2026/02/1770997821.jpg
Oxunub: 378     09:29     01 Aprel 2026    
Almaniyada yaşayan suriyalıların 80%-i vətəninə qayıtmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Merts DW-yə istinadən bildirib.

Onun sözlərinə görə, Almaniyada yaşayan təxminən 1 milyon suriyalı qaçqının 80%-i üç il ərzində geri dönməlidir. Kansler hesab edir ki, onların əksəriyyəti ölkəni tərk etmək, vətənini bərpa etmək və orada yaşamaq istəyir.

Merts bildirib: “Suriyaya qayıdanlar Almaniyada və digər ölkələrdə qazandıqları təcrübə və yeni ideyalarla ölkənin bərpasına ciddi töhfə verməlidirlər”.

O qeyd edib ki, Alman cəmiyyətinə yaxşı inteqrasiya olunmuş suriyalılar ölkədə qala biləcəklər. Lakin Merts cinayət törətmiş şəxslərin, o cümlədən ölkədə qanunsuz yaşayanların ilk növbədə Almaniyanı tərk etməli olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Merts  


Bizi "telegram"da izləyin