“Joğovurd”: Təxminən 30 “Vətəndaş Müqaviləsi” üzvü Nikol Paşinyanı baş nazir kimi görmür

2026/04/1775021317.jpg
Oxunub: 514     09:26     01 Aprel 2026    
2026-cı ildə keçiriləcək növbəti seçkilər ərəfəsində “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısının təsdiqinin ikinci mərhələsi maraqlı rəqəmlərlə yadda qalıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, şənbə-bazar günləri keçirilmiş səsvermədə 1080 nümayəndədən 988-i iştirak edib. Nəticədə Nikol Paşinyan 933 səs toplayaraq ən yüksək nəticəni göstərib.

“Lakin rəqəmlərin “sətiraltı” məqamları da var. Səsvermədə iştirak edən 988 nümayəndədən 55-i faktiki olaraq Paşinyanı baş nazir namizədi kimi “görməyib” və ya bülletendə düzgün seçim edə bilməyib.

Qəzetin məlumatına görə, təxminən 30-a yaxın partiya üzvü bülletendə baş nazir namizədinin yerinə başqa adlar yazıb: məsələn, Suren Papikyan, Ararat Mirzoyan, Tiqran Avinyan və digərləri”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, beləliklə, sadə hesablamaya görə Paşinyan 988 iştirakçıdan 933 səs alıb, bu da təxminən 94,4% deməkdir.

“Qalan 5,6% isə ya fərqli yanaşma nümayiş etdirib, ya da daxili seçkilərdə belə rəqabətin mövcud ola biləcəyini göstərməyə çalışıb.

Belə görünür ki, partiya daxilində baş nazir namizədi məsələsi böyük ölçüdə həll olunub, lakin “sərbəst seçim edənlər” bu mövzuya əlavə müzakirə qatıb, tək namizəd ideyasının daxili plüralizmlə nə dərəcədə uyğun olduğu sual altına düşür”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin