“Joğovurd”: “Vətəndaş Müqaviləsi” daha korrekt və təmkinli olmaq qərarı verib

2026/04/1775020829.jpg
Oxunub: 358     09:20     01 Aprel 2026    
Partiya daxilindəki mənbələrin məlumatına görə, Nikol Paşinyan partiyanın son iclasında bildirib ki, 2026-cı il aprelin 1-dən etibarən siyasi fəaliyyət üslubu dəyişdirilir və bundan sonra etik davranış qaydalarına ciddi riayət olunmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

“Baş nazir komanda üzvlərinə tapşırıb ki, heç bir halda siyasi rəqibləri, jurnalistləri və tənqidçiləri hədəf alıb təhqiramiz ifadələr işlətməsinlər, daha təmkinli və mədəni davranış nümayiş etdirsinlər. Seçki kampaniyasının 2026-cı il mayın 7-dən başlanması planlaşdırılır”, - deyə KİV qeyd edib.

Nəşr bildirib ki, partiya daxilində bu yanaşmanın formalaşması son dövrlərdə baş verən ictimai reaksiyalar və qalmaqallı hadisələrlə əlaqələndirilir.

“Xüsusilə kilsədə baş vermiş insident və bir gəncin baş nazirin kortejinə tüpürməsi hadisəsi geniş müzakirələrə səbəb olub.

Partiya daxilində hesab edilir ki, seçki mərhələsinə keçid ərəfəsində siyasi gərginliyi azaltmaq və prosesləri daha institusional müstəviyə keçirmək zəruridir”, - deyə KİV yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin