Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Düşünürəm ki, biz iki və ya üç həftə ərzində çıxacağıq, hətta İran razılaşma imzalamasa belə. Rejim dəyişikliyi mənim məqsədlərimdən biri olmayıb. Mənim yalnız bir məqsədim var idi: onların nüvə silahına sahib olmamasını təmin etmək. Və bu məqsədə nail olunub.
Biz əmin olduqda ki, onlar uzun müddət geridə qalıb və nüvə silahı hazırlaya bilməyəcəklər, o zaman çıxacağıq. Razılaşma olub-olmaması önəmli deyil”, - deyə Tramp qeyd edib.
Sevinc Əliyeva
Ordu.az