Ermənistan KİV-i: Müqəddəs Anna kilsəsindəki insidentlə bağlı Paşinyan “meqa plan” hazırlayıb

2026/03/1774787195.jpg
Oxunub: 352     09:14     01 Aprel 2026    
“Palm bazar günü” bayramında ibadət zamanı Nikol Paşinyanın, partiya üzvlərinin və təhlükəsizlik əməkdaşlarının kilsəyə daxil olmasından sonra Müqəddəs Anna kilsəsində baş vermiş insidentdə iştirak edən məktəbli qardaşlara qarşı ittiham irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrin məlumatlı mənbələrinin sözlərinə görə, Paşinyan bu məsələ ilə bağlı “meqa plan” hazırlayıb.

“Bildirilir ki, yaxın günlərdə o, bu hadisədən öz PR məqsədləri üçün istifadə edə bilər. Həmçinin ehtimal olunur ki, Paşinyan çıxış edərək gəncləri “böyükürəkli şəkildə bağışladığını”, lakin istintaqa müdaxilə etmək səlahiyyətinin olmadığını bildirə bilər”, - deyə KİV qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin